Sənət və ticarətiylə yanaşı Şəki həm də Azərbaycanda ən böyük mədəniyyət mərkəzlərindən biridir. Digər şəhərlərdə olduğu kimi Şəki də qala divarları ilə əhatə olunmuşdur.
Şəki Xan Sarayı bənzərləri arasında dünyada yeganə olub, bənzəri yoxdur. 1762 ci ildə Hüseyn xan (Müştaq təxəllüsü ilə tanınmış şair) tərəfindən inşa etdirilmişdir. Saray qəribə üslubda inşa edilmişdir. Burda XVIII və XIX əsr folklorunun maraqlı nümunələri öz əksini tapmışdır.
Böyük Türk şairi Nazim Hikmətin sözlərinə görə:
“Əgər Azərbaycanda Dünyaya bir tikili,bina göstərin desəydiləər Şəki Xan Sarayını göstərmək kifayət edərdi”.
Davamı...
Şəki Azərbaycanın ən qədim şəhərlərindən biri olub,təxminən 2700 il bundan əvvəl əsası qoyulub. Şəhər öz tarixi abidələrini və şəhərin tərtibatını yaxşı vəziyyətdə qoruyub saxlaya bilib. Onun adı Azərbaycanın ərazisində E.Ə VII əsrdə peyda olub və şəhərin adının meydana gəlməsi bu ərazidə uzun müddət yaşayan "Sak" tayfalarının adından götürülüb.
Azərbaycan bir sıra görkəmli nümayəndələri Şəkidə yaşayıb yaratmışlar. Onların arasında M.F.Axundov, Aşıq Molla Cümə, Rəşidbəy Əfəndiyev, Salman Mümtaz, Hacı Həsən Mollazadə, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Hikmət Ziya, Abduləzzəl Dəmirçizadə, Zülfüqar Zülfüqarzadə, Şəfiqə xanım Axundova, Mahmud İsmayılov, Əsgər Eyyubov, Əlövsət Sadıqov, Şəkili Ələskər, Rasim Ocaqov, Lütfəli Abdullayev, Emin Sabitoğlu, İsmayıl Osmanlı kimi elm, incəsənət xadimlərini misal göstərmək olar.
YAXIN ZAMANDA SHEKI HAKKINDA ETRAFLI MELUMAT YERLƏSDIRİLƏCƏK..
Davamı...