Sənət və ticarətiylə yanaşı Şəki həm də Azərbaycanda ən böyük mədəniyyət mərkəzlərindən biridir. Digər şəhərlərdə olduğu kimi Şəki də qala divarları ilə əhatə olunmuşdur.
Şəki Xan Sarayı bənzərləri arasında dünyada yeganə olub, bənzəri yoxdur. 1762 ci ildə Hüseyn xan (Müştaq təxəllüsü ilə tanınmış şair) tərəfindən inşa etdirilmişdir. Saray qəribə üslubda inşa edilmişdir. Burda XVIII və XIX əsr folklorunun maraqlı nümunələri öz əksini tapmışdır.
Böyük Türk şairi Nazim Hikmətin sözlərinə görə:
“Əgər Azərbaycanda Dünyaya bir tikili,bina göstərin desəydiləər Şəki Xan Sarayını göstərmək kifayət edərdi”.
